Bank Of Baku

«BP-Azerbaijan» şirkətinin yeni prezidenti vəzifəsinin icrasına başlayır

«BP-Azerbaijan» şirkətinin yeni prezidenti vəzifəsinin icrasına başlayır
# 01 sentyabr 2009 06:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən «BP-Azerbaijan» şirkətinə təyin olunmuş yeni prezident Rəşid Cavanşir vəzifəsinin icrasına başlayır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bundan bir qədər öncə «BP-Azerbaijan» şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan R.Cavanşir şirkətin prezidenti vəzifəsinə təyin olunub və o, bu vəzifədə Bill Şreyderi əvəz edib.

Xatırladaq ki, R.Cavanşir «BP-Azərbaycan» şirkətinə rəhbərlik edən ilk Azərbaycan vətəndaşı olacaq. Onun rəhbərlik edəcəyi işlər BP-nin Azərbaycan və Gürcüstandakı bütün fəaliyyətini, həmçinin Türkiyədəki ixrac əməliyyatlarını əhatə edəcək.

Qeyd edək ki, «BP-Azerbaijan» şirkəti «Azəri-Çıraq-Günəşli», «Şahdəniz», Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrinin operatorudur.

Xatırladaq ki, «BP-Azerbaijan» şirkətinin eks-prezidenti B.Şreyder Rusiyada fəaliyyət göstərən «TNK-BP» şirkətinə prezident təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR