Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda yeni qazma idarəsi yaradılıb

Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda yeni qazma idarəsi yaradılıb
# 01 sentyabr 2009 06:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin nəzdində yeni «Sahil» Qazma İşləri İdarəsi yaradılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

İdarə yeni texnika və texnologiyadan istifadə edərək xüsusi dərin quyuların qazılmasını həyata keçirəcək. İdarəyə 3 qazma dəzgahı verilib ki, bunlar da N.Nərimanov adına NQÇİ-nin işlədiyi neft-qaz yataqlarında istismar olunur. «Ümid-1» platformasında 6500 metr dərinliyə 8 nömrəli kəşfiyyat quyusu qazılır. Qazma işləri quyuların sürətli və qəzasız qazılmasını həyata keçirmək üçün nəzərdə tutulan TOP-DRIVE sistemi ilə təchiz olunmuş avadanlıqlar vasitəsi ilə həyata keçirilir. Avqustun sonlarınadək bu quyuda artıq 1200 metr qazma işləri aparılıb, bununla da «Ümid-1» platformasının Dövlət Komissiyasına təhvil verilməsi üçün əsas şərt yerinə yetirilib.

İdarənin digər qazma dəzgahı «8 Mart» yatağındakı 578 nömrəli platformada yerləşdirilib. Burada 5900 metr dərinliyə 720 nömrəli quyu qazılacaq. Hazırda “8 Mart” yatağında gündə 420 min kubmetr qaz hasil olunur. Geoloqlar burada gələcəkdə qazma üçün daha 9 nöqtə təyin ediblər. Qazma işlərinə 1 aydan sonra başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR