Bank Of Baku

Azərbaycanın «Xaçmaz» elektrik stansiyasında modernləşdirmə işləri aparılıb

Azərbaycanın «Xaçmaz» elektrik stansiyasında modernləşdirmə işləri aparılıb
# 01 sentyabr 2009 12:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın şimalında yerləşən «Xaçmaz» elektrik stansiyasının 4 nömrəli aqreqatında modernləşdirmə aparılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Aqreqatlarda modernləşdirmə işləri qurğunun istehsalçısı olan Finlandiyanın «Wartsila» şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılıb. Hazırda bu mühərrik vasitəsilə, layihə gücünə uyğun olaraq, saatda 8,5 MVt elektrik enerjisi istehsalı mümkündür. Gələcəkdə digər aqreqatlarda da modernləşdirmənin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, 2006-cı ilin dekabr ayında istifadəyə verilmiş modul tipli «Xaçmaz» elektrik stansiyasında hər birinin gücü 8,7 MVt olan 10 aqreqat istismar edilir. Stansiya işə salınandan indiyədək 1,05 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR