Bank Of Baku

Azərbaycanın müdafiə sənayesində daha bir müəssisə yenidən qurulur

Azərbaycanın müdafiə sənayesində daha bir müəssisə yenidən qurulur
# 02 sentyabr 2009 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) «Sənayecihaz» Elmi-İstehsalat Müəssisəsi yenidən qurulur. Bu barədə «APA-Economics»ə müəssisədən məlumat verilib.

Uzun illər təmirsiz qalmış müəssisənin binası rekonstruksiya edilir. Bina ilə yanaşı, müəssisənin istehsal xətləri yeniləşdiriləcək və müasir tələblərə cavab verən məhsul istehsalı üçün yeni texnologiyalar tətbiq olunacaq.

Qeyd edək ki, «Sənayecihaz» Elmi-İstehsalat Müəssisəsi neft sənayesi, mülki və hərbi gəmiqayırma, aviasiya və raket texnikası, kommunal təsərrüfat, atom elektrik stansiyaları və istilik elektrik mərkəzləri üçün avadanlıqları layihələndirir və istehsal edir. Müəssisənin istehsal etdiyi xüsusi təyinatlı məhsullar 100%-i, mülki təyinatlı məhsulların isə 10%-i ixrac edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR