Bank Of Baku

Sumqayıtda Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti idarələrinin yeni inzibati binası istifadəyə verilib

Sumqayıtda Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti idarələrinin yeni inzibati binası istifadəyə verilib
# 02 sentyabr 2009 14:36 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti idarələrinin Sumqayıt regional strukturunun yeni inzibati binasının açılışı olub. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Açılış mərasimində sənaye və energetika naziri Natiq Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı V.Əliyev idarənin yeni inzibati binasının açılışının Sumqayıt şəhərinin 60 illik yubileyi çərçivəsində keçirilən növbəti tədbirlərdən biri olduğunu qeyd edib. Şəhər rəhbəri çıxışında yubiley ili ərzində şəhərdə mövcud olan bir neçə iri sosial obyektlərin yeni inzibati binalarının istifadəyə verildiyini vurğulayıb.

Sənaye və energetika naziri N.Əliyev dövlət enerji nəzarəti orqanlarının fəaliyyətindən və bu sahədə görülən işlərdən danışıb.

Qeyd edək ki, istifadəyə verilən yeni binanın inşasına isə 2008-ci ilin dekabr ayında başlanıb. Yeni bina 2 mərtəbədən ibarətdir və bu qurumda 9 nəfər müfəttiş çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR