Bank Of Baku

«Bakıelektrikşəbəkə»: Payız-qış mövsümündə enerji təchizatında problem olmayacaq

«Bakıelektrikşəbəkə»: Payız-qış mövsümündə enerji təchizatında problem olmayacaq
# 03 sentyabr 2009 09:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə 90 min abonent elektrik sayğacları ilə təchiz olunub. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sayğacla yanaşı abonentlərin enerji xətləri SİP kabellərlə əvəzlənib. Bu kabellər enerji itkisini minimuma endirməklə yanaşı qanunsuz qoşulmalara imkan vermir.

«Bakıelektrikşəbəkə» ASC-dən həmçinin bildirilib ki, cari payız-qış mövsümündə Bakı şəhərinin elektrik enerjisi ilə təchizatı ilk dəfə olaraq problemlərsiz həyata keçiriləcək. Bu məqsədlə paytaxtın mərkəzi və ətraf yaşayış massivlərində şəbəkə qış mövsümünə hazırlanır. Hava xətləri yeraltı kabellərlə əvəzlənib, transformator məntəqələrində təftiş həyata keçirilir. İlin sonuna qədər isə 227 saylı, «İçərişəhər» və s. bir neçə yüksək gərginlikli yarımstansiyanın istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR