Bank Of Baku

Azərbaycanda iki yeni milli standart qəbul olunub

Azərbaycanda iki yeni milli standart qəbul olunub
# 04 sentyabr 2009 13:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni standartlar qəbul edib. Bu barədə «APA-Economics»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Yeni qəbul edilmiş AZS 333-2009 standartı yeyinti məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan, polimer materiallardan hazırlanan istehlak tarasına (butulka, qutu, stəkan), AZS 334-2009 standartı isə alkoqolsuz içkilərin, mineral suların, şirələrin, süd və süd məhsullarının, bitki yağlarının və s. yeyinti məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan polietilentereftalat butulkaların üfürmə üsulu ilə hazırlanan preformalara şamil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR