Bank Of Baku

Azərbaycan Novorossiysk limanından neftin ixracını 3% azaldıb

Azərbaycan Novorossiysk limanından neftin ixracını 3% azaldıb
# 04 sentyabr 2009 13:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin avqust ayında Novorossiysk (Rusiya) limanından 239 741 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Avqust ayında şimal istiqamətində ixrac edilmiş xam neftin həcmi 3% azalıb.

Cari ilin yanvar-avqust ayları ərzində isə Novorossiysk limanından ümumilikdə 1 715 308 ton xam neft ixrac edilib.

Avqust ayında dünya bazarında «Brent» tipli xam neftin 1 barreli 72,83 ABŞ dollarına, «Ural» nefti – 72,25 dollara, «BTC FOB Ceyhan» tipli xam neftin 1 barreli isə 73,49 dollara satılıb.

Qeyd edək ki, Bakı-Novorossiysk neft kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR