Bank Of Baku

Azərbaycan təyyarə yanacağının ixracını 21% artırıb

Azərbaycan təyyarə yanacağının ixracını 21% artırıb
# 04 sentyabr 2009 14:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin avqust ayında 26 006 ton avtomobil benzini, 121 267 ton dizel yanacağı və 20 093 ton təyyarə yanacağı ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Şirkət avqust ayında avtomobil benzini ixracını 0,5% azaldıb. İxrac olunan dizel yanacağının həcmi isə 8,1%, təyyarə yanacağı isə 20,9% artıb.

Ümumilikdə, 2009-cu ilin yanvar-avqust ayları ərzində idarə 166 233 ton avtomobil benzini, 980 356 ton dizel yanacağı, 232 375 ton təyyarə yanacağı ixrac edib.

Avqust ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 691,84 ABŞ dolları, təyyarə yanacağının – 619,14 dollar, dizel yanacağının – 580,84 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 435,46 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR