Bank Of Baku

“LUKoil” prezidenti Vahid Ələkbərov: “Total” şirkəti ilə əməkdaşlığın genişlənməsində maraqlıyıq

“LUKoil” prezidenti Vahid Ələkbərov: “Total” şirkəti ilə əməkdaşlığın genişlənməsində maraqlıyıq
# 07 sentyabr 2009 07:55 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın “LUKoil” neft şirkəti Fransanın “Total” şirkəti ilə əməkdaşlığın genişlənməsində maraqlıdır. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında “LUKoil” prezidenti Vahid Ələkbərov bildirib.
“Biz “Total”la işləməkdə maraqlıyıq. Belə ki, biz Kolumbiyadakı bloklar üzrə qonşuyuq və informasiya mübadiləsi aparmaq, yaxud səylərimizi birləşdirmək üçün danışıqlar aparırıq” – deyə V.Ələkbərov qeyd edib.
O, əlavə edib ki, “LUKoil” və “Total” Azərbaycanda “Şahdəniz” layihəsində iştirak edirlər. Bundan başqa, Fransa şirkəti Xəzərin şimalında Xvalın yatağının işlənməsi ilə maraqlanır, Rusiya şirkəti isə artıq bu layihədə iştirak edir: “Biz ümid edirik ki, bu təmaslar hansısa birgə layihələrə çevriləcək”.
Xatırladaq ki, yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda “Şahdəniz” yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), “Statoil” (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), “LUKoil” (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR