Bank Of Baku

Dünyanın aparıcı silah ixracatçılarının adı açıqlanıb

Dünyanın aparıcı silah ixracatçılarının adı açıqlanıb
# 07 sentyabr 2009 09:10 (UTC +04:00)
Bakı – APA-Economics. 2008-ci ildə ABŞ 37,8 milyard dollar həcmində silah ixrac edib. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ABŞ Konqresində hazırlanan hesabatda bildirilir.
Sənəddə deyilir ki, qlobal maliyyə böhranına baxmayaraq, ABŞ-ın silah ixracından gəlirləri təxminən 50% artıb. 2007-ci ildə bu rəqəm 25,4 milyard dollar təşkil edib.
İkinci yerdə böyük fərqlə İtaliya gəlir – 3,7 mlrd. dollar.
Üçüncü yeri isə Rusiya tutur – 3,5 mlrd. dollar.
Ən böyük silah alıcılarının siyahısına Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir – 9,7 mlrd. dollar. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (8,7 mlrd. dollar) və Mərakeş (5,4 mlrd. dollar) gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR