Bank Of Baku

Azərbaycanın ən böyük su elektrik stansiyasında qış mövsümünə hazırlıq aparılır

Azərbaycanın ən böyük su elektrik stansiyasında qış mövsümünə hazırlıq aparılır
# 07 sentyabr 2009 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın ən böyük su elektrik stansiyası (SES) olan «Mingəçevir SES Silsiləsi» MMC-də payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri aparılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

Təmir işləri çərçivəsində «Mingəçevir» SES-in 4 saylı hidroaqreqatı avqust ayında əsaslı təmir olunub. Stansiyanın I, II, V və VI hidroaqreqatlarında isə cari təmir işləri aparılıb. Həmçinin, 220 kV-luq yarımstansiyada hava açarlarının bir neçəsi əsaslı təmir olunub, III hidroaqreqat yenidənqurmaya hazırlanıb.

Qeyd edək ki, «Mingəçevir» SES 1954-cü ildən fəaliyyət göstərir. «Mingəçevir SES Silsiləsi»nə həmçinin 1957-ci ildə istifadəyə verilmiş «Varvara» SES də daxildir. «Mingəçevir SES Silsiləsi»nin ümumi gücü 400 MVt-dan artıqdır. Cari ilin yanvar-iyul aylarında burada 376 mln. kVt/saata yaxın enerji istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR