Bank Of Baku

Azərbaycan «LUKoil» şirkəti üçün neft anbarı montaj edib

Azərbaycan «LUKoil» şirkəti üçün neft anbarı montaj edib
# 07 sentyabr 2009 11:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakıda Rusiyanın «LUKoil» şirkətinin sifarişi ilə uzunluğu 132 metr, eni 32 metr, hündürlüyü 16 metr, tutumu isə 28 min ton olan üzən neft anbarı montaj edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

«Yuri Korçagin» adlandırılmış üzən neft anbarı 2 hissədən ibarət olaraq, Sinqapurda inşa edilmiş və 2 pontonla ayrı-ayrılıqda Bakıya göndərilib. Burada Xəzər Dəniz Neft Donanmasının Gəmiqayırma Zavodunda yükqaldırma qabiliyyəti 15 min tonluq dokda hissələr qaynaq edilərək birləşdirilib. Üzən neft anbarının üst hissələri də Xəzərin Cənub buxtasındakı yanalma körpüsündə «Caspian Shipyard» şirkətinin gəmiqayıranları tərəfindən quraşdırılıb.

Gəmidə hər birinin həcmi 3 min ton olan 8 çən qurulub. Üzən neft anbarının maşın bölməsi müasir avadanlıqlarla təchiz olunub, 32 nəfərlik ekipaj üçün rahat kayutalardan ibarət 5 mərtəbəli yaşayış kompleksində iaşə obyektləri, rabitə məntəqəsi, kapitan xidməti, idman və xidmət sahələri tikilib.

Qeyd edək ki, üzən neft anbarını yaxın vaxtlarda ARDNŞ-in Neft Donanmasının 7200 at gücündə olan «Vadim Seyidov» yedək gəmisi Həştərxana aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR