Bank Of Baku

«Bakıelektrikşəbəkə» borclu abonentlərin enerji təchizatını dayandırmağa başlayıb

«Bakıelektrikşəbəkə» borclu abonentlərin enerji təchizatını dayandırmağa başlayıb
# 07 sentyabr 2009 13:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC bu gün saat 15:00-dan xəbərdarlıq edilmiş borclu abonentlərin enerji təchizatını dayandırmağa başlayıb. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, xəbərdarlıq edilmiş, lakin borcunu bu gün saat 15:00-dək ödəməyən abonentlərin enerji təchizatı qeyd-şərtsiz olaraq dayandırılmağa başlayıb. Kəsintidən sonra borcunu ödəyən abonentlərin şəbəkəyə qoşulması isə bir gün sonra mümkün olacaq.

Səhmdar cəmiyyətinin sözçüsü onu da vurğulayıb ki, kəsintilərin tətbiqi enerji haqqının yığım səviyyəsini 25-30% qaldırmağa imkan verir.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR