Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Bakı aeroportu yaxınlığında ərazinin ekoloji vəziyyəti üzrə hesab hazırlayıb

Azərbaycan Dövlət Neft Şirkəti Bakı aeroportu yaxınlığında ərazinin ekoloji vəziyyəti üzrə hesab hazırlayıb
# 08 sentyabr 2009 08:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Böyük Şor gölü ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki avtomagistral arasındakı yol ətrafı ərazilərdə ekoloji vəziyyətin monitorinqini həyata keçirib. Bu barədə «APA-Economics»ə İdarədən məlumat verilib.

Monitorinq zamanı Böyük Şor gölünün avtomagistral boyu ərazilərində ekoloji durumun qiymətləndirilməsi üçün ətraflı ekoloji tədqiqat işləri aparılıb, ərazidən nümunələr götürülüb. Həmçinin, çirklənmə mənbələri öyrənilib və aparılmış təhlillər nəticəsində çirklənmənin dərəcəsi müəyyənləşdirilib. Monitorinqin nəticələrinə dair geniş hesabat hazırlanıb və aidiyyəti təşkilatlara təqdim edilib. Hesabatda ərazidəki ekoloji bərpa işlərinin aparılmasına dair tövsiyələr verilib.

Yaxın vaxtlarda ərazinin bərpa olunaraq istifadəyə verilməsi sahəsində işlərə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR