Bank Of Baku

Azərbaycan avqustda elektrik enerjisi istehsalını 7% azaldıb

Azərbaycan avqustda elektrik enerjisi istehsalını 7% azaldıb
# 08 sentyabr 2009 10:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Azərbaycanın enerji sistemində 1,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Enerji istehsalı iyul ayı ilə müqayisədə 100 mln. kVt/saat və ya 7,1% azalıb.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,1 mlrd. kVt/saata, su elektrik stansiyalarının (SES) payına isə 0,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşüb.

Bununla yanaşı, ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, 2009-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın enerji sistemində 12,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu həcmdən 11,4 mlrd. kVt/saata yaxın İES-lərin, 1,4 mlrd. kVt/saata yaxını isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR