Bank Of Baku

Rusiya neft ixracı üzrə dünya liderinə çevrilib

Rusiya neft ixracı üzrə dünya liderinə çevrilib
# 08 sentyabr 2009 14:18 (UTC +04:00)
Bakı - APA-Economics. 2009-cu ilin ikinci rübündə Rusiya neft və neft məhsullarının ixracatçıları arasında lider mövqeyinə yüksəlib. “APA-Economics”in məlumatına görə, SSRİ-nin süqutundan sonra ilk dəfə olaraq Rusiya bu sahədə Səudiyyə Ərəbistanını qabaqlayıb.
Beynəlxalq Enerji Agentliyindən bildirilib ki, ikinci rübdə Rusiya sutkada 7,4 milyon barel, Səudiyyə Ərəbistanı isə 7 milyon barel təşkil edib. Birinci rüblə müqayisədə Rusiyanın göstəricisi 0,15 milyon barel artıb, Səudiyyə Ərəbistanının ixracı isə 0,39 milyon barel azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR