Bank Of Baku

Azərbaycan, Türkiyə və İsrail birgə zirehli döyüş maşınları istehsal edəcək

Azərbaycan, Türkiyə və İsrail birgə zirehli döyüş maşınları istehsal edəcək
# 09 sentyabr 2009 09:28 (UTC +04:00)
Hazırda birgə istehsalın qurulmasına dair Türkiyənin iki, İsrailin bir şirkəti ilə aparılan müzakirələr yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda müzakirələrin yekununa dair razılaşmanın imzalanması və işlərə başlanılması nəzərdə tutulur.

Türkiyənin hansı şirkətlərinin Azərbaycanla birgə istehsal quracağı açıqlanmasa da, ilk mərhələdə Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə, Müdafiə sənayesinin inkişafına dair Dövlət Proqramı çərçivəsində ordunun arsenalından çıxarılmış T-54 və T-55 tanklarının gövdəsi üzərində tır-tırlı döyüş texnikaları, özüyeriyən körpülərin və zirehli hərbi yük texnikalarının yaradılması nəzərdə tutulur. Azərbaycan Silahlı Qüvvələrinin sifarişi əsasında həyata keçiriləcək işlərin bir hissəsi Müdafiə Nazirliyinin Tank Təmiri Zavodunda reallaşdırılacaq. Buna paralel olaraq yerli mütəxəssislərin üzərində işlədiyi texnikaların yaradılması layihələri davam etdiriləcək və sınaq işləri aparılacaq.

Qeyd edək ki, Azərbaycan hazırda Cənubi Afrikanın «Paramount Group» şirkəti ilə müştərək olaraq matador və marauder tipli zirehli personal daşıyıcılarını istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR