Bank Of Baku

Azərbaycanın ən iri elektrik stansiyası istehsalı artırıb

Azərbaycanın ən iri elektrik stansiyası istehsalı artırıb
# 09 sentyabr 2009 10:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Azərbaycanın ən böyük elektrik stansiyası olan «Azərbaycan» İstilik Elektrik Stansiyasında (İES) 370,3 mln. kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da proqnozdan 5,8% çoxdur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Ötən əsrin 80-ci illərində istismara daxil edilmiş «Azərbaycan» İES-də avadanlıqların fiziki və mənəvi cəhətdən aşınmasına baxmayaraq, stansiyanın IV və V enerji blokları istisna edilməklə, qalan 6 bloku tam gücü ilə işləməyib. Bu da enerjinin istehsalında xüsusi sərfin və şərti yanacağın xüsusi sərfinin normadan artıq olmasına səbəb olub. Bununla belə, stansiyanın hazırkı vəziyyətinə uyğun texniki iqtisadi göstəriciləri qənaətbəxş hesab olunur.

Qeyd edək ki, elektrik stansiyası hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR