Bank Of Baku

Türkiyənin «Discovery Petrol Pazarlama» şirkəti Azərbaycanda nümayəndəlik açıb

Türkiyənin «Discovery Petrol Pazarlama» şirkəti Azərbaycanda nümayəndəlik açıb
# 09 sentyabr 2009 11:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Discovery Petrol Pazarlama Sanayi ve Ticaret Ltd.» şirkətinin Azərbaycanda nümayəndəliyi açılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Vergilər Nazirliyindən məlumat verilib.

Şirkət Vergilər Nazirliyində yaradılmış «bir pəncərə» sistemi vasitəsi ilə qeydiyyata alınıb. Nümayəndəlik Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşir.

Qeyd edək ki, «Discovery Petrol Pazarlama Sanayi ve Ticaret Ltd.» şirkəti 2008-ci ildə başda Rusiya olmaqla, MDB ölkələri, xüsusilə də türkdilli dövlətlərlə Türkiyə arasında ticarət əlaqələrini genişləndirmək məqsədi ilə yaradılıb. Hazırda şirkətin yalnız Moskvada nümayəndəliyi var. Şirkət əsasən neft və kimya məhsulları, həmçinin toxuculuq və inşaat materiallarının istehsalı və satışı ilə məşğul olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR