Bank Of Baku

Azərbaycan benzin istehsalını azaldıb

Azərbaycan benzin istehsalını azaldıb
# 10 sentyabr 2009 07:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən neft emalı müəssisələrində 2009-cu ilin yanvar-avqust aylarında 960,02 min ton benzin istehsal edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Benzin istehsalı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azalıb.

İstehsal edilmiş benzinin 805,45 min tonunu avtomobil benzini, 154,57 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib. Avtomobil benzinin istehsalı 2,7%, kimya üçün ilkin benzin fraksiyası isə 20,06% azalıb.

Avqust ayında isə ölkədə 137,23 min ton benzin istehsal edilib ki, bunun 117,86 min tonu avtomobil benzini, 19,37 min tonu isə kimya üçün ilkin benzin fraksiyası olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR