Bank Of Baku

OPEC neft hasilatı üzrə kvotaları dəyişməyib

OPEC neft hasilatı üzrə kvotaları dəyişməyib
# 10 sentyabr 2009 09:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft ixrac edən ölkələri birləşdirən təşkilatın – OPEC-in Vyanada keçirilən iclası yekunlaşıb. İclasın yekunlarına əsasən neft hasilatı üzrə rəsmi kvotalar dəyişməz saxlanılıb.
APA-Economics”in məlumatına görə, OPEC-in nümayəndələri bu qərarı dünya iqtisadiyyatında son vaxtlar bərpa tendensiyalarının yaranmasına baxmayaraq, artım templərinin hələ də zəif və perspektivlərin tam aydın olmaması ilə izah ediblər.
Xatırladaq ki, dünya iqtisadi böhranı nəticəsində yaranmış problemlər və neftin ucuzlaşması səbəbindən ötən ilin sentyabrından OPEC bir neçə dəfə neft hasilatı üzrə kvotaları azaldıb. Nəticədə neftin qiymətləri sabitləşib. OPEC rəhbərliyi hesab edir ki, hazırda müşahidə olunan 70-75 dollar səviyyəsində qiymət həm istehsalçıların, həm də istehlakçıların maraqlarına cavab verir. OPEC-in neft hasilatı üzrə gündəlik kvotası 24,845 mln. barel təşkil edir.
Qeyd edək ki, OPEC-ə Səudiyyə Ərəbistanı, İran, BƏƏ, Küveyt, Venesuela, Nigeriya, Anqola, Liviya, Əlcəzair, Qətər və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR