Bank Of Baku

Dünyada neft istehlakı üzrə proqnoza dəyişiklik edilib

Dünyada neft istehlakı üzrə proqnoza dəyişiklik edilib
# 10 sentyabr 2009 12:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. 2009-cu il üçün dünyada neft istehlakı üzrə Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozu bir günə 500 min barel artıb. “APA-Economics”in məlumatına görə, bu barədə BEA-nın hesabatında bildirilir.
Agentliyin proqnozuna əsasən, gündəlik neft istehlakının həcmi bir ay əvvəl proqnozlaşdırıldığı kimi 83,94 mln. barel deyil, 84,4 mln. barel səviyyəsində olacaq.
Qeyd edək ki, 2010-cu il üçün də proqnoz 500 min barelə yaxın artırılaraq, ötən ay proqnozlaşdırılan 85,25 mln. bareldən 85,7 mln. barelə çatdırılıb.
Proqnoz dəyişikliklərinin səbəbi kimi dünya iqtisadiyyatında bərpa tendensiyalarının yaranması və neftin istehlakının artması qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR