Bank Of Baku

Gələn həftə Bakıda Xəzər regionunun qaz infrastrukturuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Gələn həftə Bakıda Xəzər regionunun qaz infrastrukturuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 10 sentyabr 2009 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabr ayının 15-16-da Bakıda «Gas Infrastructure World Caspian-2009» (Xəzər regionunun qaz infrastrukturu) beynəlxalq konfrans keçiriləcək. Bu barədə «APA-Economics» konfransın təşkilatçısı olan «Terrapin» şirkətinə istinadən məlumat yayıb.

Konfransda müxtəlif ölkələrdən hökumət nümayəndələri və şirkət rəhbərləri daxil olmaqla 150-dən artıq şəxs iştirak edəcək. Xəzərin qaz potensialı, qazın hasilatı və nəqli imkanlarına həsr olunmuş konfransda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Böyük Britaniya və Gürcüstanın energetika nazirləri, Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin müavini, Avropa İttifaqının enerji komissarı Andris Piebalqs, «Bulgargaz», OMV, RWE, «BG Group», TAP, İran və Türkmənistan milli neft və qaz şirkətlərinin rəsmi şəxsləri iştirak edəcəklər.

Konfransda «Xəzər qazı: Avropa üçün uzunmüddətli enerji təhlükəsizliyinə açar», «Xəzər regionu üçün qlobal qaz bazarı islahatı və potensial təsirlər», «Yerli siyasi faktorlar ilə tələbi və kommersiya potensialını tarazlaşdırmaq», «Xəzər qazının ixracatına icazə vermək (nəzərə almaq) üçün hökumətlərarası əməkdaşlığı yüksəltmək», «Effektiv qaz sənayesi üçün müvafiq siyasi və kommersiya mühitinin yaradılması», «Türkiyə perspektivi: prosesdə tranzit ölkələrinin aparıcı rolu», «Xəzər qazı üçün gələcəkdə ixrac marşrutlarına təsir göstərən aparıcı faktorlar», «Avropa İttifaqı/Xəzər enerji əlaqələri» və s. mövzularda panel diskussiyaları təşkil olunacaq. Həmçinin, «Nabucco» və «Şimal axını» qaz kəmərlərinin inşası perspektivləri, TransXəzər, Transadriatik boru kəmərləri və s. layihələrin icrası və gedişi barədə məlumatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR