Bank Of Baku

“Tengizchevroil” Kulevi terminalının imkanları ilə marıqlanır

“Tengizchevroil” Kulevi terminalının imkanları ilə marıqlanır
# 10 sentyabr 2009 14:10 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Qazaxıstanda neft hasilatını həyata keçirən “Tengizchevroil” şirkəti Gürcüstanın Qara dəniz sahilində yerləşən ARDNŞ-yə məxsus Kulevi terminalından neft ixracının təşkil olunması istiqamətində müzakirələri davam etdirir.

APA-Economics”in BNE portalına (www.businessneweurope.eu) istinadən xəbərinə görə, Kulevi terminalından bildirilib ki, “Tengizchevroil” şirkətinin nümayəndələri bir neçə gün əvvəl limana səfər edərək, onun hazırkı vəziyyəti və aparılan dərinləşdirmə işləri ilə tanış olublar. Onlar bir daha bu marşrutla Qazaxıstan neftinin ixrac olunmasında maraqlı olduqlarını ifadə ediblər.

Dərinləşdirmə işlərinə qədər 40 000 ton dedveytli tankerləri qəbul etmək iqtidarında olan limanın gücü hazırda bu həddən iki dəfə artıqdır. Limanın “Tengizchevroil” şirkətinin sifarişlərini yerinə yetirmək və ildə 4-5 mln. ton neft ixrac etmək qabiliyyətində olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR