Bank Of Baku

Abşeron yarımadasının enerji ötürmə infrastrukturunda yenidənqurma işləri aparılıb

Abşeron yarımadasının enerji ötürmə infrastrukturunda yenidənqurma işləri aparılıb
# 11 sentyabr 2009 11:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Abşeron yarımadası və Bakıətrafı ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatı məqsədi ilə regionun enerji ötürmə infrastrukturunda yenidənqurma işləri həyata keçirilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə 500 kV-luq «Abşeron» yarımstansiyasına məxsus 220 kV-luq «Ağsu» Hava Elektrik Verilişi Xəttində, (HEVX) 10 kV-luq yarımstansiyalarda müxtəlif təyinatlı təmir-bərpa işləri başa çatdırılıb. Hazırda 330 kV-luq 4-cü Şirvan hava xəttinin «Abşeron» yarımstansiyasına giriş-çıxış layihəsi əsasında icra edilən işlər yerinə yetirilir. Yarımstansiyada 1 və 2 saylı xüsusi sərfiyyat transformatorlarının 10 kV-luq yağ açarlarının məsafədən idarə edilməsi üçün həyata keçirilən tədbirlər başa çatdırılıb.

Bundan başqa, «Abşeron» Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin hava elektrik verilişi xəttindəki köhnə izolyatorlar yeniləri ilə əvəzlənib, 2 saylı avtotransformatorun 110 və 220 kV-luq boşaldıcıları dəyişdirilib. Oradakı 2 nömrəli avtotransformatorun yeni 250 MVt-lıq avtotransformatorla əvəz olunmasına başlanıb. Həmçinin şəbəkənin balans mənsubiyyətinə aid olan «Binə», «Ramana», «220-Hövsan», «Suraxanı», «Zığ», «Dübəndi», «Müşfiq», «Səngəçal», «Puta», «Binəqədi» və «205» saylı yarımstansiyalarda da müxtəlif təyinatlı yenidənqurma işləri yerinə yetirilib.

Qeyd edək ki, hazırda «Abşeron» YGEŞ-dən paylayıcı elektrik şəbəkələrinə orta hesabla 8 mln. kVt/saatdan artıq elektrik enerjisi ötürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR