Bank Of Baku

Böyük Britaniyanın enerji naziri Azərbaycana gələcək

Böyük Britaniyanın enerji naziri Azərbaycana gələcək
# 11 sentyabr 2009 14:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Lord Hant sentyabrın 15-dən 17-nə kimi Azərbaycanda səfərdə olacaq. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər Türkiyə də daxil olmaqla, regional turnenin tərkib hissəsidir. Lord Hant sentyabrın 15-16-da Bakıda keçiriləcək “Qaz infrastrukturu - Xəzər 2009" konfransına qatılacaq və çıxış edəcək. Səfər zamanı qonağın Azərbaycan prezidenti İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşləri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR