Bank Of Baku

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasına üzv ola bilər

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasına üzv ola bilər
# 11 sentyabr 2009 15:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının sentyabrın 14-16-da Vyanada (Avstriya ) keçiriləcək 53-cü sessiyasında Azərbaycan bu qurumun Direktorlar Şurasına üzv ola bilər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Vyanaya gedəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri Mahmud Kərimov məlumat verib. O bildirib ki, artıq bununla bağlı Azərbaycana təklif daxil olub: “Bu, nüvə sənayesinə malik olmayan Azərbaycana böyük etimaddır”.

M. Kərimov deyib ki, sessiyada beynəlxalq agentliyin rəhbərinin hesabatı dinləniləcək, daha sonra isə üzv ölkələr hesabatla çıxış edəcəklər. İclasda M. Kərimovun da məruzə ilə çıxış edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR