Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Gürcüstanda səfərdədir

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Gürcüstanda səfərdədir
# 12 sentyabr 2009 09:10 (UTC +04:00)
Dmanisi. Nizami Məmmədzadə – APA. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Dmanisi şəhərində bərpasını başa çatdırdığı təbii qaz xəttini istifadəyə verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qaz xəttinin açılış mərasimində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov, ARDNŞ prezidentinin birinci müşaviri Murad Heydərov, ARDNŞ-in İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev, «SOCAR-Energy Georgia» törəmə şirkətinin rəhbəri Mahir Məmmədov və bir sıra digər rəsmi şəxslər iştirak edib.

İstifadəyə verilmiş yeni qaz xətti Dmanisinin 7 kəndinin qazlaşdırılmasını təmin edəcək ki, bunlardan biri azərbaycanlıların yaşadığı Dunus kəndidir. Ümumiyyətlə, Dmanisidə yaşayan sakinlərin sayı 27 min nəfər, təkcə Dmanisi şəhər mərkəzinin əhalisi isə 2,5 min nəfərdir. Yaxın gələcəkdə ARDNŞ Dmanisinin Hamamlı və Yırğınçay kəndlərini də qazla təmin etmək niyyətindədir.

Bundan başqa, ARDNŞ rəhbərliyi Gürcüstanın Laqodexi və Saqareco şəhərlərinə səfər edəcək. Belə ki, Laqodexinin Miniqori, Saqareconun isə Yor-Muğanlı kəndlərinin hər birində yeni qaz distribütor mərkəzinin açılış mərasimi keçiriləcək. Sözügedən tədbirdə Gürcüstanın iqtisadiyyat naziri Zurab Pololikaşvili də iştirak edəcək.

Qeyd edək ki, ARDNŞ-in nümayəndə heyətinin Gürcüstana səfəri iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR