Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda qaz kəmərinin inşasını başa çatdırıb

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda qaz kəmərinin inşasını başa çatdırıb
# 14 sentyabr 2009 08:19 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya proqramı çərçivəsində Gürcüstanın Saqareco rayonu (Qaraçöp) Yor-Muğanlı kəndində qaz kəmərinin çəkilişi başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı kənddə qazpaylama mərkəzinin açılışı olub.

Tədbirdə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Kaxeti bölgə qubernatorunun müavini Petre Kiknadze, «SOCAR-Energy Georgia» törəmə şirkətinin rəhbəri Mahir Məmmədov çıxış ediblər.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, artıq «SOCAR-Energy Georgia» Gürcüstanın 29 regionunda qaz şəbəkəsini bərpa edib. R.Abdullayev Gürcüstanda azərbaycanlılar yaşayan bütün kəndlərin qazlaşdırılacağını da vurğulayıb.

Qeyd edək ki, Yor-Muğanlı kəndində 5 706 nəfər abonent var.

Daha sonra Laqodexi rayonunun Niniqori kəndində qaz paylayıcı mərkəzinin açılışı olub. Bu kənddə gürcü və azərbaycanlılarla yanaşı 20 millətin nümayəndəsi yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR