Bank Of Baku

AYİB «Azerbaijan Methanol Company»yə kreditin ayrılması məsələsinin son müzakirəsini təxirə salıb

AYİB «Azerbaijan Methanol Company»yə kreditin ayrılması məsələsinin son müzakirəsini təxirə salıb
# 14 sentyabr 2009 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası «Azerbaijan Methanol Company» MMC-yə (AzMeCo) 120 mln. ABŞ dolları həcmində maliyyə vəsaitinin ayrılması üzrə keçirəcək son müzakirəsinin tarixini təxirə salıb.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tarixin təxirə salınmasının səbəbləri bilinməsə də, son müzakirələrin keçirilməsi bu ilin sentyabr ayının 22-dən oktyabrın 21-nə keçirilib.

Qeyd edək ki, kredit layihəsi artıq struktur baxışdan keçib və yekun müzakirədən sonra razılaşdırılan həcmin ayrılması təsdiqlənəcək. Kreditin iki tranş şəklində ayrılması planlaşdırılır. Belə ki, ilk tranş 9 ilədək müddətə 90 mln. dollar həcmində ilkin tələbli borc, ikinci tranş isə 10 ilə tam geri qaytarılacaq 30 mln. dollar həcmində ilkin tələbli fəaliyyətdən asılı maliyyə vəsaiti olacaq.

Ayrılan kredit illik gücü 561 min ton olacaq Metanol Zavodu, o cümlədən karbon 4-oksid ayırıcı modulunun alınması, quraşdırılması və istismarına sərf olunacaq. Eyni zamanda, «AzMeCo» gələcək layihə fazalarında karbamid (sidik cövhəri) və ammonyak istehsalını da təşkil etmək niyyətindədir.

Qeyd edək ki, layihənin ümumi dəyəri 300 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR