Bank Of Baku

Avropa İttifaqının energetika üzrə komissarı sabah Azərbaycana gələcək

Avropa İttifaqının energetika üzrə komissarı sabah Azərbaycana gələcək
# 14 sentyabr 2009 14:46 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu ilin sentyabr ayının 15-də Avropa İttifaqının energetika üzrə komissarı Andris Piebalqs Azərbaycana səfər edəcək.

APA-nın Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi A.Piebalqsın Bakıda keçiriləcək «Xəzər Qaz İnfrastrukturu - 2009» beynəlxalq konfransda («Gas Infrastructure World Caspian 2009») iştirakıdır.

Konfrans çərçivəsində A.Piebalqs həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə birgə mətbuat konfransında da iştirak edəcək, həmçinin Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR