Bank Of Baku

Bakıda Xəzər regionunun qaz infrastrukturuna həsr olunmuş beynəlxalq konfrans başlayıb

Bakıda Xəzər regionunun qaz infrastrukturuna həsr olunmuş beynəlxalq konfrans başlayıb
# 15 sentyabr 2009 07:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, konfransda müxtəlif ölkələrdən hökumət nümayəndələri və şirkət rəhbərləri daxil olmaqla 150-dən artıq rəsmi şəxs iştirak edir.

Xəzərin qaz potensialı, qazın hasilatı və nəqli imkanlarına həsr olunmuş konfransa Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın energetika naziri, Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin müavini, Avropa İttifaqının enerji komissarı Andris Piebalqs, «Bulgargaz», OMV, RWE, «BG Group» şirkətləri, həmçinin İran və Türkmənistan milli neft və qaz şirkətlərinin rəsmi şəxsləri qatılıblar.

R.Abdullayevin sözlərinə görə, 1994-2000-ci illər ərzində Azərbaycan xarici şirkətlərlə hasilatın pay bölgüsünə dair 26 beynəlxalq saziş imzalayıb. Ötən dövr ərzində ölkənin neft sektoruna 37 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb.

R.Abdullayev həmçinin qeyd edib ki, «Nabucco» layihəsinin reallaşması üçün heç bir problem yoxdur: «Biz bu məsələnin siyasiləşməsini istəmirik».

Konfransda «Xəzər qazı: Avropa üçün uzunmüddətli enerji təhlükəsizliyinə açar», «Xəzər regionu üçün qlobal qaz bazarı islahatı və potensial təsirlər», «Yerli siyasi faktorlar ilə tələbi və kommersiya potensialını tarazlaşdırmaq», «Xəzər qazının ixracatına icazə vermək (nəzərə almaq) üçün hökumətlərarası əməkdaşlığı yüksəltmək», «Effektiv qaz sənayesi üçün müvafiq siyasi və kommersiya mühitinin yaradılması», «Türkiyə perspektivi: prosesdə tranzit ölkələrinin aparıcı rolu», «Xəzər qazı üçün gələcəkdə ixrac marşrutlarına təsir göstərən aparıcı faktorlar», «Avropa İttifaqı/Xəzər enerji əlaqələri» və s. mövzularda panel diskussiyalarının təşkili nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR