Bank Of Baku

Azərbaycan ilin sonuna kimi Rusiyaya qaz ixracına başlayacaq

Azərbaycan ilin sonuna kimi Rusiyaya qaz ixracına başlayacaq
# 15 sentyabr 2009 07:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan cari ilin sonuna kimi Rusiyaya qaz ixrac etməyə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, bu yaxınlarda Rusiyanın «Qazprom» şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq, Azərbaycan ilin sonadək Rusiyaya qaz ixracına başlayacaq. «Artıq bu istiqamətdə kəmərlərdə təmir işləri aparılır və bu iş ilin sonunadək yekunlaşacaq», - deyə ARDNŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, iki şirkət arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycan ilkin mərhələdə Rusiyaya illik 500 mln. kubmetr təbii qaz ixrac edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR