Bank Of Baku

Azərbaycan Çinə qaz ixrac edəcək

Azərbaycan Çinə qaz ixrac edəcək
# 15 sentyabr 2009 07:52 (UTC +04:00)
«Bu günlərdə mənim «KazMunayQaz» SC-nin prezidenti Kairgəldi Kabıldin ilə görüşüm olub və o, Qazaxıstanın Azərbaycana, Çinə qaz ixracı layihəsinə qoşulmağı təklif etdiyinin bildirib», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidenti hesab edir ki, Azərbaycan tələb olunan təbii qaz həcmləri və satış bazarlarının mövcudluğu şəraitində Çinə qaz ixracı layihəsinə qoşulmaq məsələsinə baxa bilər.

Qeyd edək ki, Qazaxıstan artıq 2009-cu ilin sonunadək Çin istiqamətində inşa olunan ilk qaz kəmərini istifadəyə vermək niyyətindədir. AGP adlanan bu layihə ümum uzunluğu 1 304,5 km olan iki paralel kəmərin inşasını nəzərdə tutur. Bu, öz növbəsində Türkmənistan qazının Özbəkistan və Qazaxıstan ərazisi ilə Çinə nəqlini nəzərdə tutan Mərkəzi Asiya Qaz Kəməri (CAGP) şəbəkəsinin bir hissəsidir.

Artıq 2010-cu ildə Türkmənistandan Çin istiqamətində 5 mlrd. kubmetr həcmində qazın ixrac olunacağı gözlənilir. İlkin mərhələdə qaz yalnız Türkmənistandan nəql olunsa da, hazırda Özbəkistanın da layihəyə qoşulmasına dair danışıqlar aparılır.

Qeyd edək ki, bu ilin fevral ayında Türkmənistan öz ərazisində qaz kəmərinin inşasına başlayıb. Özbəkistan isə ötən ilin yay aylarında 530 km-lik qaz kəmərinin tikintisinə start verib. Layihənin Qazaxıstan seqmentinin dəyəri isə 7,5 mlrd. dollar təşkil edir və bunun 5 mlrd. dollara axın hissəsi artıq yatırılıb. Vəsaitlər Çin İnkişaf Bankı tərəfindən kredit şəklində ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR