Bank Of Baku

Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatları 5 trln. tona çatır

Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatları 5 trln. tona çatır
# 15 sentyabr 2009 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda 5 trln. tona yaxın karbohidrogen ehtiyatları mövcuddur. Azərbaycan təbii qaz hasilatının artırılması sahəsində geniş potensiala malikdir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan «Gas Infrastructure World Caspian-2009» (Xəzər regionunun qaz infrastrukturu) beynəlxalq konfransda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, 2004-2008-ci illər ərzində qaz hasilatı 5 mlrd. kubmetrdən 20 mlrd. kubmetrədək artırılıb. «Bu, ölkəmizin böyük potensiala malik olduğunu göstərir. Həmçinin, digər strukturlardan da böyük həcmdə qaz hasilatı gözləyirik. Buna misal olaraq «Dərinsulu Günəşli» yatağından 400-500 mlrd. kubmetr qaz hasil olunacağını gözlənilir. Ümumiyyətlə, Xəzər dənizinin enerji resurslarının həcmi böyükdür», - deyə R.Abdullayev vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR