Bank Of Baku

Avropa İttifaqının komissarı Andris Piebalqs: «Azərbaycan Avropa üçün mühüm əhəmiyyət kəsb edir»

Avropa İttifaqının komissarı Andris Piebalqs: «Azərbaycan Avropa üçün mühüm əhəmiyyət kəsb edir»
# 15 sentyabr 2009 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mövcud enerji resursları baxımından Azərbaycan Avropa üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycan Avropanın enerji təchizatında oynadığı rolu anlayır. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Gas Infrastructure World Caspian-2009» (Xəzər regionunun qaz infrastrukturu) beynəlxalq konfransın açılış mərasimində Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs bildirib.

A.Piebalqsın sözlərinə görə, Azərbaycan Avropa bazarlarına enerji resurslarını rəqabətə davamlı və təhlükəsizliyinin təmin olunması baxımından təklif etməlidir. Avropa İttifaqının komissarı bildirib ki, 2013-cü ildə Avropanın qaza olan tələbatının 40%-dək, 2020-ci ildə isə 70%-dək artacağı proqnozlaşdırılır. «Ümumiyyətlə, ilbəil Avropanın qaza olan tələbatı artacaq və tələbat proqnozlaşdırıldığından daha çox ola bilər», - deyə A.Piebalqs vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR