Bank Of Baku

Avropa İttifaqı: Ermənistanın «Nabucco»da iştirakı müzakirə olunmur

Avropa İttifaqı: Ermənistanın «Nabucco»da iştirakı müzakirə olunmur
# 15 sentyabr 2009 09:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsı qəbul edib.

«APA-Economics»in məlumatına görə, görüşdən sonra keçirilən brifinqdə R.Abdullayev bildirib ki, görüşdə Xəzərdən Avropaya enerji daşıyıcılarının nəqli ilə bağlı məsələlər, o cümlədən, «Nabucco» layihəsi üzrə müzakirələr aparılıb. R.Abdullayevin sözlərinə görə, bu layihə ilə bağlı siyasi məsələlər həll olunaraq artıq geridə qalıb və hazırda onun kommersiya aspektləri müzakirə olunur.

Avropa İttifaqının komissarı öz növbəsində Xəzər regionundan Avropaya enerji daşıyıcılarının nəqli üzrə müxtəlif layihələri böyük əhəmiyyət verdiyini və həmin istiqamətdə ciddi işlər aparıldığını vurğulayıb. A.Piebalqs həmçinin qeyd edib ki, həmin layihələrin texniki və digər aspektləri baxımından hazırlanması üçün Avropa İttifaqı 1,5 mlrd. avro vəsait xərcləyib.

Son zamanlar müxtəlif mənbələrdən Ermənistanın «Nabucco» layihəsində mümkün iştirakına dair səslən xəbərləri şərh edən Avropa İttifaqının rəsmisi, bunun müzakirə predmeti olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR