Neftçilər günü münasibətilə “İki sahil” qəzetinin xüsusi buraxılışı nəşr edilib - FOTO
Sonrakı səhifədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin Neftçilər günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbriki dərc olunub. Təbrikdə vurğulanıb ki, ulu öndər Heydər Əliyevin böyük səyləri ilə 15 il əvvəl imzalanmış «Əsrin müqaviləsi» transmilli sazişlər nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, həmçinin Avropa ölkələrinə ixrac və tranzit daşımaları üzrə öncül yerlərdən birini tutub.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ümummilli liderin işləyib hazırladığı neft strategiyasının bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, məhz bunun nəticəsində neft siyasətinin bəhrələrinin ölkənin ictimai-siyasi həyatının bütün sahələrində böyük canlanma yaratdığını diqqətə çatdırıb, Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsi üçün neftçilərin fədakar zəhmətini yüksək qiymətləndirib, onları peşə bayramları münasibətilə təbrik edib.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin xüsusi buraxılışda dərc olunmuş «Əsrin müqaviləsi»- bütün uğurların təməli» adlı yazısında Azərbaycanın neft sənayesinin təqribən 150 illik tarixi araşdırılır, «Əsrin müqaviləsi» imzalandıqdan sonra görülmüş işlərin nəticələri barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, «Əsrin müqaviləsi»nin 15 illik uğurları Azərbaycan rəhbərliyinin və neftçilərimizin xarici tərəfdaşlarla birgə apardıqları fəaliyyətin nəticəsidir. Yazı bu sözlərlə bitir: «Sevinirik ki, bütün bu dəyişikliklərdə ARDNŞ-in çoxminli əmək kollektivinin də böyük rolu var. ...Xalqımız əmin ola bilər ki, Dövlət Neft Şirkəti ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə gərgin fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcəkdir”.
«Əsrin müqaviləsi»nin 15 illiyi və Neftçilər günü münasibətilə ARDNŞ-in rəhbər işçilərinin və şirkətin ayrı-ayrı sahələrinə rəhbərlik edən şəxslərin yazıları xüsusi buraxılışın maraqla oxunan materiallarıdır. Bu mənada, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin «Neftçilərin peşə bayramı», şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun «Maliyyə hesabatlarının beynəlxalq standartlara keçidi ARDNŞ-in uğurudur», sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun «Azərbaycanın dünya bazarında rəqabət aparmaq imkanları genişlənir», neft emalı üzrə vitse-prezident David Məmmədovun «Azərbaycan neft emalı məhsullarının ixracatçısı kimi dünya bazarlarında özünə layiq yer tutmuşdur», vitse-prezident Mikayıl İsmayılovun «Neftçilər öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər», sosial məsələlər üzrə vitse-prezident Qorxmaz Hüseynovun «Neft strategiyasının uğurla həyata keçirilməsi sosial inkişaf proqramlarının tətbiqini sürətləndirir», ekologiya üzrə vitse-prezident Muxtar Babayevin «ətraf mühitə zərərli təsirlər aradan qaldırılır», kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun «ARDNŞ: daha işıqlı sabahlara doğru» sərlövhəli yazısı oxucuda neft şirkətinin fəaliyyəti barədə geniş təəssürat yaradır.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin, «Azneft» İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədovun, «Azəriqaz» İstehsalat Birlyinin baş direktoru Əkbər Hacıyevin, şirkətin ayrı-ayrı strukturlarına rəhbərlik edən Tofiq Qəhrəmanovun, Vaqif Əliyevin, Rövşən Həsənovun, Elman İsmayılovun, Səfixan Məmmədovun, Bədəl Bədəlovun, Rəşad Əliyevin, Azər Əliyevin, Kamal Abbasovun, İnayət Hüseynovun, Mübariz Mədətovun, Rizvan Abbasovun, İsgəndər Şirəlinin, Fəxrəddin İsmayılovun, Sadıq Sadıqovun, Həbib Yüzbaşıyevin və «İki sahil» qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin yazıları da maraqlı faktlarla zəngindir.
Sənaye və energetika
“AzerGold” və onun törəmə şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Xəbər Lenti
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO