Bank Of Baku

Azərbaycanın İrana ildə 5 milyard kubmetr qaz satması barədə razılıq əldə olunub

Azərbaycanın İrana ildə 5 milyard kubmetr qaz satması barədə razılıq əldə olunub
# 15 sentyabr 2009 10:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycandan İrana ildə 5 milyard kubmetr qaz ixrac edilməsi ilə bağlı iki ölkə arasında razılıq əldə edilib. APA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu məqsədlə Ramazan bayramından sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. Daha sonra İranın enerji nazirinin Azərbaycana səfəri planlaşdırılır. Dünya ölkələrinə qaz ixrac edən İranın Azərbaycandan hansı məqsədlə qaz almaq istədiyi barədə sualı cavablandıran səfir deyib ki, qaz ixrac edən ölkələr də digər ölkələrdən qaz alır və müxtəlif məqsədlər üçün istifadə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR