Bank Of Baku

Azərbaycan və Türkiyənin ilin sonunadək qazın yeni ixrac qiymətini müəyyənləşdirəcəyi gözlənilir

Azərbaycan və Türkiyənin ilin sonunadək qazın yeni ixrac qiymətini müəyyənləşdirəcəyi gözlənilir
# 15 sentyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» strukturundan hasil olunan təbii qazın Türkiyəyə nəqli çərçivəsində satışın həcmi və qiyməti ilə bağlı hər iki tərəfin mövqeləri artıq müəyyənləşib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, «Şahdəniz» qazının Türkiyəyə satış qiyməti və həcmi ilə bağlı son gör sentyabr ayının 1-də Ankarada keçirilib: «Türkiyə tərəfi ilə anlaşıqsız məsələ qalmayıb, mövqelərimiz aydındır».

ARDNŞ rəsmisi qeyd edib ki, Azərbaycan və Türkiyənin qiymət məsələsi ilə bağlı artıq 2009-cu ilin sonunadək və ya daha tez ümumi razılığa gələcəyi gözlənilir. Yeni qiymətlərin isə hətta 2009-cu ilin aprel ayından qüvvəyə minməsi planlaşdırılır.

Bununla yanaşı V.Əliyev «Şahdəniz» qazının nisbətən uçuc qiymətlə satılması məsələsinə də münasibət bildirib: «Şahdəniz» qazının aşağı qiymətlə satılmasına baxmayaraq, layihə kommersiya baxımından problemsizdir. Lakin digər bazarlardakı qiymətlərlə Azərbaycan qazının qiyməti arasında fərq olduğuna görə, danışıqlara başlamışıq».

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağının ümumi ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR