Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətində «BP-Azerbaijan» şirkətinin sabiq prezidenti ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində «BP-Azerbaijan» şirkətinin sabiq prezidenti ilə görüş keçirilib
# 15 sentyabr 2009 11:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Azərbaycanda fəaliyyətini başa çatdırmış «BP-Azerbaijan» şirkətinin prezidenti Bill Şreyderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. «APA-Economics»in bildirdiyinə görə, görüşdə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov da iştirak edib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev BP şirkəti və rəhbərlik etdiyi qurumun 15 ildir Azərbaycanla sıx əməkdaşlıq etdiyini bildirib, bu sahədə mühüm uğurlar əldə olunduğunu vurğulayıb.

Ə.Əsədov isə prezident İlham Əliyevin fərmanı ilə B.Şreyderə «Dostluq» ordeni verildiyini qeyd edib.

R.Abdullayev səlahiyyəti başa çatmış B.Şreyderə «Dostluq» ordenini təqdim edib.

B.Şreyder isə öz növbəsində, BP və ARDNŞ-in komanda şəklində bu günədək mühüm uğurlar qazandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR