Bank Of Baku

Azərbaycan və BP şirkəti «Şəfəq-Asiman» yataqlar bloku üzrə kommersiya danışıqlarına başlayıb

Azərbaycan və BP şirkəti «Şəfəq-Asiman» yataqlar bloku üzrə kommersiya danışıqlarına başlayıb
# 15 sentyabr 2009 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Şəfəq» və «Asiman» perspektiv strukturların birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair BP və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında bu ilin iyul ayında imzalanmış anlaşma memorandumuna əsasən, kommersiya məsələlərinin danışıqlarına başlanılıb. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, artıq tərəflər arasında kommersiya məsələlərinin ilkin fazasının müzakirəsinə başlanılıb: «Bu məsələ təcili olmadığından, uzun danışıqlar predmetidir».

Qeyd edək ki, sözügedən memorandum BP-yə Bakıdan təxminən 125 km cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq məqsədi ilə danışıqlar aparmaq üçün müstəsna hüquq verir.

Xatırladaq ki, bu blok təxminən 1,1 min kv. km ərazini əhatə edir və orada indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR