Bank Of Baku

«Botaş» şirkəti: «Nabucco» kəməri ilə ilk qaz Avropaya 2014-cü ildə çatdırılacaq

«Botaş» şirkəti: «Nabucco» kəməri ilə ilk qaz Avropaya 2014-cü ildə çatdırılacaq
# 15 sentyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Nabucco» kəməri Avropaya təbii qazın ilk hissəsinin 2014-cü ildə çatdırılacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Gas Infrastructure World Caspian-2009» (Xəzər regionunun qaz infrastrukturu) beynəlxalq konfransında Türkiyənin «Botaş» şirkəti İdarə Heyətinin sədri Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfinin «Nabucco»ya qoşulması layihəyə yeni təkan verib: «Ümid edirəm ki, gələn ilin ortalarınadək layihə çərçivəsində bütün imzalanma məsələləri başa çatacaq. Və artıq 2011-ci ildə «Nabucco» qaz kəmərinin inşasına başlanacaq».

Qeyd edək ki, «Nabucco» layihəsinə dair hökumətlərarası saziş bu il iyulun 13-də Ankarada imzalanıb. Müqaviləyə Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan və Rumıniya imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR