Bank Of Baku

Azərbaycan İrana təbii qazın ixracını artırıb

Azərbaycan İrana təbii qazın ixracını artırıb
# 15 sentyabr 2009 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Naxçıvan Muxtar Respublikasının İrandan aldığı təbii qazın müqabilində İran tərəfinə ödədiyi qazın həcmini 15% artırıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, ötən ilin qış aylarından etibarən İranın Naxçıvana verdiyi qazın müqabilində Azərbaycan cənub sərhədlərindən İrana mavi yanacaq ixrac edir ki, ixracın həcmi 15% artırılıb: «Həmin həcm İran tərəfinə qazın Naxçıvana nəqletməsinə görə ödənilir və istisna deyil ki, gələcəkdə də bu cür davam edəcək».

Bundan başqa, E.Nəsirov qeyd edib ki, ümumiyyətlə, Azərbaycan öz mavi yanacağını sərfəli qiymətlərlə və bütün kəmərlərdən istifadə edərək ixrac etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR