Bank Of Baku

Bakıda «Əsrin Müqaviləsi»nin yubileyinə həsr olunmuş sərgi keçirilib

Bakıda «Əsrin Müqaviləsi»nin yubileyinə həsr olunmuş sərgi keçirilib
# 15 sentyabr 2009 14:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda «Əsrin Müqaviləsi»nin 15-ci ildönümünə həsr olunmuş sərgi keçirilib. «APA-Economics»in məlumatına görə, Dənizkənarı Bulvarda təşkil olunmuş sərgidə ARDNŞ və onun müxtəlif strukturları stendlərlə təmsil olunub. Həmçinin, ARDNŞ-in iştirak etdiyi sosial layihələr, uşaq bağçaları, idman və yaradıcılıq mərkəzləri də sərgi çərçivəsində bacarıqlarını nümayiş etdiriblər.

Sərgini ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəsmiləri, habelə paytaxt sakinləri izləyiblər.

Daha sonra Muzey Mərkəzində «Nobel Qardaşları» şirkətinin Azərbaycanın neft sektorunda fəaliyyətinin 130 illiyinə həsr olunmuş «Nobel» adlı kitabın təqdimatı keçirilib.

Xatırladaq ki, 1994-cü ildə Azərbaycan 9 xarici neft şirkətinin iştirakı ilə «Azəri-Çıraq-Günəşli» perspektivli yataqlar blokunun işlənməsinə dair müqavilə imzalayıb. Hazırda bu yataqlardan gündəlik 1 mln. barelədək neft hasil olunur və Bakı-Tiflis-Ceyhan boru kəməri ilə dünya bazarlarına ixrac edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR