Bank Of Baku

İran «Nabucco» layihəsinə qoşulmaq arzusundadır

İran «Nabucco» layihəsinə qoşulmaq arzusundadır
# 15 sentyabr 2009 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İran tərəfi hələ də «Nabucco» layihəsinə qoşulacağına ümid edir.

«APA-Economics»in məlumatına görə, bu gün Bakıda keçirilən «Gas Infrastructure World Caspian-2009» (Xəzər regionunun qaz infrastrukturu) beynəlxalq konfransı çərçivəsində çıxış edən İran Milli Qaz Şirkətinin (NIGC) meneceri Həsən Turbati qeyd edib ki, «Nabucco» qaz kəməri çox rahat, lakin yeganə variant deyil: «Biz bu layihəyə qoşulmaqdan məmnun olardıq, əks halda biz Avropaya qazı ixrac etmək üçün digər variantlara baxacağıq. Bura Fars kəməri, Suriya və Yunanıstan ərazilərindən keçən qaz kəmərləri aiddir. Bütün bunlara baxmayaraq, İran tərəfinin «Nabucco» layihəsinə qoşulması daha yaxşı olardı».

NIGC-in nümayəndəsi həmçinin bildirib ki, Avropanın ən sərfəli qaz təminatını yalnız İran yerinə yetirə bilər. Belə ki, hazırda İran sutkalıq qaz hasilatına görə dünyada ikinci yeri tutur və ölkənin qaz sahəsi üzrə 5 illik plan İranın əsas ixracatçıya çevrilməsinə yardım göstərəcək.

Qeyd edək ki, «Nabucco» layihəsinə dair hökumətlərarası saziş bu il iyulun 13-də Ankarada imzalanıb. Müqaviləyə Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan və Rumıniya imza atıb. Kəmərin inşasına 2011-ci ildə başlanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR