Bank Of Baku

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 88%-ə çatır

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi  88%-ə çatır
# 15 sentyabr 2009 18:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak olunmuş elektrik enerjisi üzrə yığım 87,7% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Yığımın ən yüksək göstəricisi Hacıqabul (112%), Şirvan (108,7%), Mingəçevir (104,5%), Ağstafa (103,7%), Göyçay (100,5%), Zərdab və Tovuz (101,9%), ən aşağı yığım səviyyəsi isə Ağdam (69,2%), Quba (71,2%) və Füzuli (72,4%) rayonlarında olub.

Hesabat dövründə Bakı şəhəri üzrə elektrik enerjisi haqlarının yığımı 88,4% təşkil edib. Paytaxtda enerji haqlarının yığımı üzrə ən yüksək göstərici Nizami (98,2%), ən aşağı göstərici isə Sabunçu (73%) rayonunda olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR