Bank Of Baku

Azərbaycan Türkiyənin mavi yanacağa olan tələbatının 12%-ni ödəyir

Azərbaycan Türkiyənin mavi yanacağa olan tələbatının 12%-ni ödəyir
# 15 sentyabr 2009 19:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Türkiyənin mavi yanacağa olan tələbatının 12%-ni ödəyir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən «Gas Infrastructure World Caspian-2009» (Xəzər regionunun qaz infrastrukturu) beynəlxalq konfransda çıxış edən Türkiyənin «Botaş» şirkətinin İdarə Heyətinin sədri Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Türkiyənin təbii qaza olan tələbatı 46,2 mlrd. kubmetr təşkil edib. Cari il üçün isə bu rəqəm 52 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır: «Türkiyənin mavi yanacağa olan tələbatı ilbəil artır ki, bunun 62%-ni Rusiya, 12%-ni Azərbaycan, digər hissəsini isə İran və Əlcəzair ödəyir».

S.Düzyol həmçinin vurğulayıb ki, 2020-ci ilədək Türkiyə qaz sektoruna 2,5 mlrd. ABŞ dolları məbləğində investisiya yatıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR