Bank Of Baku

Böyük Britaniyanın energetika naziri Lord Hant: «Azərbaycan regionda lider olan ölkədir»

Böyük Britaniyanın energetika naziri Lord Hant: «Azərbaycan regionda lider olan ölkədir»
# 16 sentyabr 2009 09:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda «Gas Infrastructure World Caspian-2009» (Xəzər regionunun qaz infrastrukturu) adlı konfrans işini davam etdirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Lord Hant (Lord Hunt) ölkəsinin Azərbaycanı energetika sahəsində özünə ən yaxın tərəfdaşlardan hesab etdiyini vurğulayıb. Nazir Britaniya şirkətlərinin regionun enerji sektorunda fəal iştirak etdiyini və bu sahəyə böyük həcmdə investisiyalar yatırdığını vurğulayıb. L.Hant həmçinin ölkəsinin enerji marşrutlarının diversifikasiyasını dəstəklədiyini də bəyan edib.

«Azərbaycan regionda lider olan ölkədir. Hasilat sənayesində şəffaflıq təşəbbüsünə ilk qoşulan ölkə olmaqla Azərbaycan digər ölkələrin də bu təşəbbüsə qoşulmasında rol oynayır», - deyə L.Hant qeyd edib.

Asiya İnkişaf Bankının (ADB) Qazaxıstan üzrə ölkə direktoru Stefen Uermet (Stephen Wermert) isə regionda reallaşdırılan enerji layihələri, onların iqtisadi cəhətdən səmərəliliyi və maliyyələşdirilməsi imkanlarından, həmçinin ADB-nin bu layihələrdə rolundan danışıb.

Qeyd edək ki, bu gün başa çatacaq konfransda «Nabucco» layihəsi, Avropa İttifaqının prioritet saydığı layihələr, Xəzər regionu qazının Avropa ölkələrinə çatdırılması marşrutları, Trans Adriatik Kəməri (TAP) və s. layihələr barədə məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR